Haftarın tərəfdarları: “Müharibə davam edəcək”

  • Space TV
  • 15 Yanvar 2020 10:32

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tərəfdarlarının cəmləşdiyi Nümayəndələr Palatasının nümayəndəsi Aqil Saleh ölkədə atəşin dayandırılması rejiminin sona çatdığını bildirib.

Bu barədə SPACE TV “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Bizim üçün barışıq bitdi, müharibə davam edəcək”, – deyə Saleh yerli telekanallardan birinin efirində bildirib.

Onun sözlərinə görə, Tobruk yanvarın 12-də Rusiya dövlətinin başçısı Vladimir Putinə hörmət etdiyinə görə gecə yarısından Liviyada barışığın tətbiqi haqqında təklifə müsbət reaksiya verib.

Paylaş

 Xəbəriniz olsun