Haftar Türkiyə səfirliyi yaxınlığında raket hücumu gerçəkləşdirib: 3 ölü, 4 yaralı var

  • SpaceTV
  • 8 May 2020 12:24

Haftar ordusu Liviyanın paytaxtı Trablusta Türkiyə və İtaliya səfirliklərinin yerləşdiyi bölgəyə raket hücumu gerçəkləşdirib.

SPACE TV xəbər verir ki, hücum nəticəsində ikisini təhlükəsizlik işçisi, biri sivil olmaqla 3 nəfərin öldüyü, 4 nəfərinsə isə yaralandığı qeyd edilib. Hücum nəticəsində bölgədə maddi ziyan da meydana gəlib.

Hücumun ardından İtaliya və Türkiyə səfirlikləri arasında telefon danışığı olub.

Paylaş

 Xəbəriniz olsun