Hafiz Paşayev: “Qələbəmiz Xocalı qurbanlarının ruhunu şad edir”

  • Space TV
  • 26 Fevral 2021 11:08

Xocalı soyqırımı Ermənistan-Azərbaycan münaqişəsində ən faciəli gündür. 

Spacetv.az-ın məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev bu təhsil ocağında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib. 

O bildirib ki, builki anım mərasimi fərqlidir, çünki Azərbaycan qalib ölkə kimi Xocalı soyqırımını yad edir.

“Cənab Prezidentin rəhbərliyi altında qəhrəman ordumuz torpaqlarımızı işğaldan azad edib. Bizim qələbəmiz Xocalı qurbanlarının da ruhunu şad edir”, – deyə H.Paşayev əlavə edib. 

Paylaş

 Xəbəriniz olsun