Bu gecə də paytaxt yolları qəzasız ötüşməyib. Sürücü sükan arxasında idarə etməni itirərək qəza törətib.
25 yaşlı Kənan Rzayev Bakı-Sumqayıt yolu ilə hərəkətdə olarkən qəfil idarə etməni itirib və beton arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.
Avtomobil cərimə meydançasına aparılıb. Hadisənin dəqiq baş vermə səbəbləri avtoekspertizanın rəyindən sonra bilinəcək.
Faktla bağlı araşdırma aparılır.
Nurlan Priyev