Hadisə ondan 35 min istəyən bacısını məhkəməyə verdi

  • SpaceTV
  • 16 Sentyabr 2020 13:35

Türkiyənin estrada müğənnisi Hadisə Açıkgöz bacısını məhkəməyə verib. Spacetv.az xəbər verir ki, buna səbəb keçmiş meneceri olan Hülya Açıkgözün sənətçiyə məxsus “hadise.com”u icazəsiz satışa çıxarması olub.

Məlum olub ki, Hülya Hadisədən portalı geri qaytarmaq üçün 35 min avro istəyib. Bacısı ilə küsülü olan pop ulduz təkliflə razılaşmayıb, məsələni hüquqi yolla həll edəcəyini bildirib. Bundan sonra Hülya domeni 225 min lirəyə satışa çıxarıb.

Qeyd edək ki, sayt 2004-cü ildə yaradılıb, Hadisəyə məxsus videolar, kliplər, fotolar və məlumatlar yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun