Hacıqabulda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilərək xəstəxanaya göndərilib.

  • SpaceTV
  • 29 İyul 2020 15:25

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının  həkimləri tərəfindən keçirilmiş reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xəqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Xəqani Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilib və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək Sabirabad rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun