Hacıqabulda qəzada motosiklet sürücüsü ağır xəsarət aldı

  • Space TV
  • 13 Oktyabr 2020 10:53

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində motosiklet sürücüsü ağır xəsarət alıb.

Spacetv.az-ın məlumatına görə, hadisə Hacıqabul şəhərində baş verib.

Hacıqabul şəhər sakini, 1961-ci il təvəllüdlü Əsədov Pərviz Yadulla oğlu idarə etdiyi motosikletlə dönmə əməliyyatı etmək istəyərkən avtomobil tərəfindən vurulub.

Nəticədə, motosikletin sürücüsü kəllə-beyin travması və digər xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun