Hacıqabulda qəza – Xəsarət alan var

  • SpaceTV
  • 19 Noyabr 2019 11:24

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Hacıqabul rayonu ərazisində “Mercedes” markalı evakuator ilə “KamAZ” markalı yük avtomobili toqquşub.

Nazirlikdən SPACE TV-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı evakuatorun sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun