Hacıqabul rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonunun Atbulaq kənd sakini, 1988-ci il təvəllüdlü Baxşaliyev Nuran Rafail oğlunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının yetişdirilməsi müəyyən edilib. Polsi əməkdaşları hətətyanı sahəyə baxış keçirib.
Faktla bağlı Hacıqabul rayon polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Təyyar Nəsirli SPACE TV