Hacıqabulda minik avtomobili yük maşınına çırpılıb, 1 nəfər ölüb

  • Space TV
  • 30 Yanvar 2020 16:34

Qəza ötən gecə Bakı-Qazax magistral yolunun 70-ci kilometrliyində rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində baş verib.  Belə ki, Bərdə rayon sakini, 28 yaşlı Vüsal Adıgözəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən qoşqulu “Kamaz” markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan “Mersedes”in sürücüsü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdlrma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun