Hacıqabulda istixana yandı

  • Space TV
  • 8 Mart 2021 10:51

Hacıqabul rayonunda şəxsi təsərrüfatda yanğın baş verib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  

Ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və yaxınlıqda ümumi sahəsi 230 m² olan istixananın polietilendən ibarət üzlüyü 30 m² sahədə yanıb.

Tövlənin və istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun