Hacıqabulda iki yük maşını toqquşub

  • Space TV
  • 23 İyun 2020 14:53

Hadisə gecə yarısı Bakı-Qazax magistral yolunun 110-cu kilomtrliyində Hacıqabul şəhərinin ərazisindən keçən  körpünün üzərində baş verib. Beynəlxalq yükdaşıma həyata keçirən Türkiyə vətəndaşının idarə etdiyi “Mercedes” markalı TIR yük maşını qarşıdan gedən Kamaz markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə hər iki yük avtomobili sıradan çıxmaqla yanaşı yol infrastruturuna da ciddi ziyan dəyib. Qəza baş  verən  andan magistralın Qazax istiqamətində olan hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra yolda hərəkət bərpa olunub. Qəza zamanı TIR yük maşınının sürücüsü yüngül  xəsarət alıb.  Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun