Hacıqabulda avtomobillə vurulan piyada ağır xəsarətlər alıb

  • SpaceTV
  • 30 İyun 2020 16:01

Hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Şahin Hümbətov idarə etdiyi “Mercedes Sprinter” markalı kiçiktutumlu yük avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən Hacıqabul rayonunun Atbulaq kənd sakini, 34 yaşlı Elşad Fərhadovu vurub. Qəza nəticəsində piyada ağır bədən xəsarətləri alıb. Avtomobilin sürücüsü Şahin hümbətovu Ələt qəsəbəsindəki xəstəxanaya aparıb. Xəstə ağır kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun