Hacıqabulda ana doğuşdan sonra ölüb

  • SpaceTV
  • 28 Yanvar 2020 13:12

Ötən gün axşam saatlarında Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində ölüm faktı qeydə alınıb. Belə ki, həmin gün 23 yaşlı rayon sakini Aytac Həsənova doğum şöbəsinə gətirilib. Şöbədə təbii doğuş keçirilib və ana qız uşağı dünyaya gətirib. Bir müddət keçdikdən sonra ananın qəfil halı pisləşib və dünyasını dəyişib.

Məsələyə aydınlıq gətirmək məqsədi ilə doğum şöbəsi ilə əlaqə saxladıq. Doğum şöbəsindən bildirdilər ki, doğuşdan bir müddət sonra ananın uşaqlığında ataneya olub. O, əməliyyata götürülənədək,  yardımlar göstərilib, lakin buna baxmayaraq   qadın dünyasını dəyişib.

Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Meyit müayinə  üçün Məhkəmə tibbi-ekspertiza və pataloji anatomoya birliyinin Şirvan şəhər şöbəsinə aparılıb.

Körpənin durumunun isə normal olduğu bildirilir.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayyət işi açılb,  araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun