Hacıqabulda 67 yaşlı kişi Kür çayında batıb

  • SpaceTV
  • 15 May 2020 14:07

Hadisə gecə saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin   “112” qaynar telefon xəttinə, Kür çayının Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində 67yaşlı Qardaşəli Səlimov batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Yaxınlarının dediyinə görə, həmin gün Qrdaşəli Səlimov gecə saat 00:03 radələrində həyətə düşmək adı ilə evdən çıxıb. Bir müddətdən sonra evə qayıtmadığını görən həyat yoldaşı narahat olub. Bayıra çıxaraq həyətyanı sahəyə göz gəzdirib. Ərini görmədikdə bu barədə onun qardaşına məlumat verilib. Qardaşəli Səlimovun Kürdə boğulduğu ehtimal edildiyindən çayda axtarışa başlanılıb. 

Hazırda axtarışlar qısa fasilələrlə davam etdirilir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun