Hacıqabul-Sabirabad yolunda baş verən qəzada sürcü ölüb, 3 nəfər sərnişin xəsarət alıb

  • Space TV
  • 22 İyul 2020 14:49

Hadisə Hacıqabul-Sabirabad avtomobil yolunun Sabirabad rayonunun Surra kəndi ərazisindən keçən hissəsində baş verib. Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1980-ci il təvəllüdlü Mikayılov Teyyub Qulaməli oğlunun idarə etdiyi “Toyota Prado” markalı avtomobil sürətlə hərəkətdə olarkən idaretməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü və 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən sürcü aldığı ağır kəllə-beyin travmasından dünyasını dəyişib. Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.

Təyyar Nəsirli space tv

Paylaş

 Xəbəriniz olsun