Hacıqabul rayonunda karantin rejimi qaydaları məqsədi ilə qurulan 2 stasionar postda qaydaları kobud şəkildə pozan, polis nəfərini avtomobillə vuran sürcü və sərnişinlər saxlanılıb.

  • Space TV
  • 16 Aprel 2020 14:51

Belə ki, 36 yaşlı Tərtər rayon sakini, MMC-lərdən birinin direktor müavini (Vəkiloğlu MMC-nin) Elşad Malik oğlu Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı-Qazax avtomobil yolunda hərəkətdə olub. Magistral yolun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqdar yaradılmış stasionar postda saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Təkrar olaraq həmin magistralın 113-cü kilometrliyində yaradılmış stasionar postda xidmət aparan polis əməkdaşlarının saxla əmrinə məhəl qoymayıb. O, posta daxil olaraq həmin postda xidmət aparan Şirvan şəhər  polis şöbəsinin əməkdaşı, polis kiçik serjantı, 23 yaşlı Mirzə Nofil oğlu Mirzəlini vurub. Nətcədə polis nəfəri  qolunun sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Qeyd edək ki, sürcü saxlanılarkən avtomobildə karantin rejim qaydalarını pozan  2 sərnişin- Bakı şəhər sakinləri, 45 yaşlı Natiq Namiq oğlu Hüseynzadə və 39 yaşlı Anar Akif oğlu  Fətəliyev də olub. Eyni zamanda sürücü Elşad Məmmədov  Hacıqabul Rayon Polis öbəsinə məxsus “Ford” markalı avtomobilə mindirilərkən təpiklə avtomilin arxa şüşəsini sındırıb. Faktla bağlı Hacıqabul rayon prokuroluğu tərəfindən araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun