Hacıqabul ağacəkmə aksiyası

  • SpaceTV
  • 6 Dekabr 2019 16:53

Ağacəkmə aksiyası Hacıqabul-Muğan avtomobil yolunda təşkil olunub. Əvvəlcə ağac əkilən yerlər səliqə-sahmana salınıb, sonra əkinə başlanılıb. Aksiya çərçivəsində eldar şamı, iydə, göyrüş, tuya kimi ağaclar torpağa basdırılıb, dibləri doldurulub və suvarılıb. Bir gündə 1000 nəfərdən çox Hacıqabul  sakininin iştirak etdiyi aksiyada 5 min ədəd ağac əkilib. Bununla da Nəsiminin 650 illiyi münasibəti ilə rayonda 19 min ədəd ağac əkilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Təyyar Nəsirli SPACE TV     

   

 

Paylaş

 Xəbəriniz olsun