Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edilib

  • SpaceTV
  • 19 Sentyabr 2019 14:05

Azərbaycanın üçqat dünya və Avropa çempionu Hacı Əliyevin Qazaxıstanın paytaxtı Nur-Sultandakı mundialda rusiyalı Hacımurad Rəşidovla görüşdə aldığı qırmızı vərəqə ləğv edilib.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. 

Bildirilib ki, 65 kq çəkidə yarışan pəhləvan təsəlliverici görüşə qatılamaq imkanını saxlayıb.

Bu isə o deməkdir ki, diskvalifikasiyadan yayınan Əliyev bürünc medal görüşünədək irəliləsə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək. Lakin bunun üçün ilk növbədə, Rəşidovun finala çıxması lazımdır.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib. Ona isə hakim qırmızı vərəqə verib. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polislər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

 

Paylaş

 Xəbəriniz olsun