H.Əliyev Fondu Şeyx Əbdül Mahmudbəyovun müalicəsini öz üzərinə götürüb

  • Space TV
  • 1 Sentyabr 2020 15:37

Azərbaycan Respublikasının  xalq  artisti, kinorejissor, aktyor  Şeyx  Əbdül Mahmudbəyovun səhhəti pisləşib. Spacetv.az-ın məlumatına görə, sənətkarın  yuxarı  tənəffüs yollarında  problem yaranıb. O bu haqda,  Space-in TV-nin  efirində yayımlanan “Gəl dərdini  danış” verilişinə telefonla qoşularaq məlumat verib. Veriliş    yayımlandıqdan  sonra    xalq  artisti  ilə  əlaqə  saxlanılıb, onun  müalicəsinə    Heydər  Əliyev  Fondu tərəfindən  köməklik  göstəriləcəyi bildirilib. Hazırda  xalq artistinin    vəziyyəti  normaldır,  müəlicəsi   davam  edir.

Paylaş

 Xəbəriniz olsun