“Həzi Aslanov” stansiyasında eskalator əsaslı təmir edildi – FOTO

  • Space TV
  • 14 Sentyabr 2020 11:39

Bu ilin yanvar ayında “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının əsaslı təmirə dayandırılmış “ET-5M” tipli 1 saylı eskalatoru yenidən istismara verilib.

Spacetv.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət xəbər yayıb. 

Məlumatda deyilir ki, həmin eskalator istismara verildiyi vaxtdan bu təmir növünə ilk dəfə dayandırılıb.

Müvafiq texniki-normativ qaydalara uyğun olaraq, ET-5M tipli eskalatorlar 150 000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılmalıdır. Təmir dövründə eskalatorun əsas hissələri və qovşaqları sökülərək, təftiş olunub, zəruri yenilənmə və təmir tədbirləri yerinə yetirilib. Bütün işlər metropolitenin eskalatorların təmiri üzrə müvafiq sahəsinin peşəkar və ixtisaslaşmış kadrları tərəfindən icra olunub. İyun ayında eskalatorların təmiri tam yekunlaşdırılaraq, sınaq tənzimləmə işləri aparılıb. Uğurlu sınaq və müvafiq yoxlamalardan sonra eskalator istismara hazır vəziyyətə gətirilib.

Təmirin gedişinə nəzarəti eskalator xidməti yerinə yetirib. Təlimat tələblərinə uyğun olaraq, sonuncu sınaq və təhvil prosesi müvafiq müfəttişlik sahəsinin rəhbərliyi altında həyata keçirilib.

Paylaş

 Xəbəriniz olsun