Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Alıbəyov küçəsi 22 ünvanında baş verib. 48 yaşlı Vaqif Hüseynov həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra Vaqif Hüseynov qaynanası 85 yaşlı Luiza İsmayılovanı bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb. Ürəyi soyumayan qatil hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. Vaqif Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə yerində olarkən öyrəndik ki mərhum Vaqif Hüseynovla 6 ay ailəli olub. Bundan sonra onlar ayrılıblar.Aldığımız məlumata görə Vaqif işsiz və evsiz adam olub. Əslən Bərdə rayonundandır. Həyətdə iki evi olan mərhumun qardaşı rahib ismayılov evinin birini bacısına verib. Təranə və anası həmin evdə yaşayıblar.Vaqifin hər gün içib evə gəıldiyini görən qardaş onu evdən qovub. Hadisə baş verən günü isə Rahib İsmayılov evdə olmayıb. Səs-küyə onlarla bir həyətdə yaşayan mərhumun bibisigil gəlib. Onlar gələndə isə artıq iş işdən keçmiş olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri aparılır, ekspertizalar təyin olunub.Vaqif Hüseynov hazırda xəstəxananın reanimasiya şöbəsində polis nəzarətində müalicə olunur, onun həyati təhlükəsi yoxdur.
HÜRÜ ƏLİYEVA SPACE TV