“Həyat bir, sevgi bir” adlı film təqdim edildi

  • SpaceTV
  • 16 Oktyabr 2019 13:17

Rusiyanın görkəmli şairi, dövlət mükafatı laureatı Andrey Dementyevin xatirəsinə həsr edilmiş “Həyat bir, sevgi bir” adlı sənədli filmin təqdimatı olub. Nizami Kino Mərkəzində

baş tutan təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Eləcə də təqdimat mərasiminə Azərbaycanın tanınmış incəsənət adamları – xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafov,  xalq artisti, görkəmli kinorejissor Vaqif Mustafayev də qatılıb.  Filmin təqdimatından əvvəl tanınmış jurnalist, ssenarist və rejissor Oleq Şommer çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb. 

Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində yeni sənədli filmlərin çəkiləcəyini deyən rejissor ekran əsərlərinin hər birinin ayrı-ayrılıqda təqdimatlarının keçiriləcəyini qeyd edib. O.Şommer deyib ki, böyük şairlərin yaradıcılığına Azərbaycanda hər zaman diqqət yetirilir.

Sonra qonaqlar filmə baxıblar.

Paylaş

 Xəbəriniz olsun