Həyətində çətənə becərirdi

  • SpaceTV
  • 2 Sentyabr 2019 17:08

Əvvəllər məhkum olmuş bir nəfər Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Həmin şəxsin kultivasiya yolu ilə çətənə kolları yetişdirdiyi məlum olub.

Space TV -nin bölgə müxbiri məlumat verir ki, Xaçmaz Xətt Polis Bölməsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ləcət kənd sakini, əvvəllər məhkum olunmuş Vilayət Həsənov saxlanılıb. Şahidlərin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan yaş çəkisi 7 kiloqram 965 qram təşkil edən çətənə kolları aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Vilayət Həsənov çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Emin Vaqifoğlu_____Xaçmaz

Paylaş

 Xəbəriniz olsun