Həyətində çətənə əkən şəxs saxlanıldı

  • Space TV
  • 24 İyun 2020 14:55

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilib. Rayonun Göycəli kənd sakini 36 yaşlı Vaqif Mehdiyevə məxsus evin həyətyanı sahəsində narkotik xassəli çətənə – Kannabis bitkiləri götürülüb.

Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Vaqif Mehdiyev çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Vaqif Mehtiyevin barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun