Həsən Ruhani benzin qiymətinin artırılmasının səbəbini açıqladı: “Yoxsullara yardım üçün”

  • SpaceTV
  • 18 Noyabr 2019 12:28

İranda benzinə 50% qiymət artımın gətirilməsi ilə başlayan aksiyalar davam edir.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, onlarla şəhər yayılan nümayişlərdə 1000 civarı insan həbs edilib. İran prezidenti Həsən Ruhani ölkədə xaosa səbəb olan benzin qiymətinin artırılmasının səbəbini açıqlayıb. O, qiymət artımının yoxsullara ayrdım etmək üçün edildiyini bildirib.

“Neft satışımız məhdudiyyətlərlə qarşı-qarşıya qalıb. Bu problemlər olmasa da, neft pulu ehtiyacı qarşılamır. 2011-ci ildə 110 milyard dollar neft gəliri vardı, fəqət bu gün şərtlər fərqlidir”.

Paylaş

 Xəbəriniz olsun