Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan “MiQ-29” təyyarəsinin bəzi hissələri tapılıb

  • SpaceTV
  • 9 Avqust 2019 12:45

Hərbi Hava Qüvvələrinin gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış “MiQ-29” təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-də axşam saatlarında müəyyən edilib.

Space.TV Azərtaca istinadən məlumat verir ki, aidiyyəti dövlət qurumlarının və xidmətlərin nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi hissələri sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Paylaş

 Xəbəriniz olsun