Baş nazir Novruz Məmmədov Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının və hərbi qulluqçuların hərbi rütbəyə görə maaşlarının məbləğlərini təsdiqləyib.
Verilən vəd yerinə yetrildi. Ölkə prezidentinin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatları vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırıldı.
İqtisadçı ekspert Vüqar Bayramov sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqının 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldığnı da dedi .Həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edildiyini , ümüilikdə isə ilin əvvəlindən indiyə qədər həyata keçrilən sosial paketin əhatə dairəsinin 3 milyard manatı ötdüyünü söylədi
Vüqar Bayramov onu da bildirdi ki, əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə yanaşı, iqtisadi aktivliyin artmasına da təkan verəcək.