Hərbçi balta ilə ətrafdakılara hücum edib üç nəfəri qətlə yetirdi

  • Space TV
  • 9 Noyabr 2020 11:09

Rusiyanın Voronej şəhərində müddətli hərbi xidmətdə olan əsgər balta ilə insanlara hücum edib.

Spacetv.az REN TV-yə istinadən xəbər verir ki, hadisə Voronejdəki Baltimor aerodromunda baş verib.

Əsgər, həmçinin, hərbçilərdən birindən oğurladığı silahla ətrafa atəş açıb.

Son məlumata görə, insident nəticəsində üç nəfər həlak olub. Onlardan ikisi silahdan açılan atəşdən, bir nəfər isə baltadan aldığı zərbədən həyatını itirib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Paylaş

 Xəbəriniz olsun