“Hər şey Vətən üçün!” – VİDEO

  • Space TV
  • 5 Oktyabr 2020 14:05

Bu gün hər birimizin  ürəyi əsgər və zabitlərimizlə birlikdə döyünür. Sadə vətəndaşlar ordumuza dəstək olmaq üçün könüllü humanitar aksiyalar  təşkil  edirlər.  “Qarabağ Azərbaycandır” ,” Hər şey vətən üçün “. Space TV xəbər verir ki, bu şüarlarla  avtomobillərin üz tutduqları istiqamət də elə Qarabağadır. Ölkəmizin müxtəlif bölgələrindən  olduğu kimi Cəlilabad rayonunda da  yerli sakinlər  Milli Ordumuzla həmrəy olduqlarını  bu şəkildə, cəbhədəki əsgərlər üçün  zəruri ləvazimatlar tədarük etməklə göstərirlər.

Əslində, Azərbaycan ordusunun bu kimi tibbi və ərzaq yardımına  ehtiyacı olmasa da sakinlər  könüllü aksiyalarla  öz vətənaşlıq borclarını yerinə yetirdiklərini bildirirlər.

Qeyd edək ki, Milli Ordumuza könüllü dəstək aksiyası  ölkəmizin bütün  regionlarında həyata  keçirilir.

Paylaş

 Xəbəriniz olsun