Ötən gün təkcə Türkiyəni deyil, hər kəsi dəhşətə gətirən və cəmiyyəti qəzəbləndirən qətl hadisəsi baş verdi. Ata, təbbi ki, əgər ona ata demək mümükündürsə, 10 yaşlı qızının gözü qarşısında küçmiş həyat yoldaşı 38 yaşlı Emine Bulutu qətlə yetirdi. Baş verən hadisənin ən qandonduran məqami isə balaca qızcığazın ana ölmə deyə köməksiz yalvarışı idi.
Hadisəni törədən
43 yaşlı Fedai Baran həbs edilib.
Son məlumata görə, saxlanıldığı cəzaçəkmə müəssisəsində onu məhkumlar ölümcül
vəziyyətə düşənədək döyüblər. Fedai
Baran 10 yaşlı qızının gözü qarşısında keçmiş arvadını vəhşicəsinə qətlə
yetirib. Onun boğazına bir neçə bıçaq zərbəsi vurub.
Daha sonra kafedən çıxan Fedai Baran uca səslə onu mən öldürdüm”, – deyərək
ərazidən uzaqlaşıb. O, bir taksiyə minib. Sürücü üstünüz niyə qandır deyə
soruşanda o, bir “Heyvan kəsdim” deyərək cavab verib.
Məlumata görə,
keçmiş ər və arvad arasında mübahisə qızlarının vəkaləti üstündə başlayıb. Mübahisə
zamanı
Fedai Baran qadını ailəsini, atasını öldürəcəyi ilə hədələyib.
10 yaşlı qızının gözləri qarşısında bıçaqlanan qadın “ölmək istəmirəm”, – deyə
fəryad edib.
Qadının qızı isə “ana ölmə”. – deyərək yalvarıb.
Qətlə yetirilən Emine Bulutun bacısı bildirib ki, Baran qadını öldürəndən sonra onun atasına zəng vurub “qızını it kimi öldürdüm, səni də tapıb gəbərdəcəyəm”, – deyib. Bu dəhşətli cinayətdən sonra Türkiyə cəmiyyəti ayağa qalxaraq sosial şəbəkələrdə kampaniyaya başlayıblar. Türkiyənin məşhur adamları da bu aksiyaya qoşulub və qadınlara qarşı zorakılığa son qoyulmasını tələb ediblər.