Hər gün açıqlanan yoluxma sayını daha da artırmamaq üçün hər birimiz qaydalara əməl etməliyik.

  • SpaceTV
  • 10 İyul 2020 12:13

Bu fikirləri televiziyamıza müsahibəsində Azərbaycan Tibb Universitetinin  şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev bildirdi. O qeyd etdi ki, virusdan qorunmaq üçün bir sıra ciddi qaydalara riayət etməklə bu bəşəri problemin öhdəsindən gələ bilərik.Ən əsası hamımızın bildiyi amma nədənsə bəzən məsuliyyətsizlik edib hər zaman əməl etmədiyimiz qaydalara riayət etməklə. Qapalı məkanlarda maskadan istifadə edilməsi, fiziki məsafənin gözlənilməsi. Bu prosesə nəzarət edilməsi də önəmlidir.

Həkim evdə müalicə olunan yüngül xəstələrin poliklinikalar tərəfindən dərman preparatları ilə təmin edilməsinin təqdirəlayiq hal olduğunu bildirdi. Radioloq həmin insanlara müraciət etdi.

Dövlət Gömrük Komitəsinin tibbi xidmət idarəsinin mütəxəssisi Şəhla Mirzəzadə isə bildirdi ki, əllərin yuyulması, maskadan düzgün istifadə məsələsinə diqqətlə yanaşmaq lazımdır. O,  birdəfəlik istifadə üçün  olan maskaların 2-3 saatdan bir dəyişdirilməsinin vacibliyini dedi.  

Mütəxəssis bəzi insanların virusa inamasızlıq məsələsindən də söz açdı. Qeyd etdi ki, virusa inamsızlıq əvəzinə operativ  qərargahın tələb etdiyi hər bir əmələ ciddi riayət edərək ölkədə virusa yoluxma sayının azalmasına öz dəstəyimizi göstərə bilərik.  

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun