“Həmin bölgədə Türk əsgərinin olduğunu bizə bildirməyiblər” – Rusiyadan ilk açıqlama

  • SpaceTV
  • 28 Fevral 2020 14:09

İdlibdə Əsəd rejiminin Türk əsgərlərini qarşı etdiyi hücumdan sonra Rusiya tərəfindən ilk açıqlama verilib.

SPACE TV  xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən edilən açıqlamada hücumlarda Rus qırıcılarının olmadığı bildirilib və qeyd edilib ki, Rusiya atəşkəsin davam etməsi üçün əlindən gələni edirdi:

“Suriyalı müxaliflər bölgədə böyük bir hücum planlaşdırırdı. Türkiyə bu bölgədə türk əsgərlərinin olması barədə bizə məlumat vermədi”.

Qeyd edək ki, bu gecə İdlibdə gedən döyüşlərdə 33 türk əsgəri şəhid olub, 17 əsgər yaralanıb.

Paylaş

 Xəbəriniz olsun