Həlak olan balıqçı dəfn edilib

  • SpaceTV
  • 7 May 2020 12:32

Mərhumun qardaşı Malik İbrahimov bildirir ki, rayonun Kürkəndi kəndində doğulub boya-başa çatan 51 yaşlı Qəhrəman İbrahimov uzun illərdi balıqçılıqla məşğul olmaqla ailəsini dolandırıdı. Conuncu dəfə evə gələn Qəhrəman aprelin 27-də dogma ocağı tərk edib.  Hadisə isə iki gün sonra  Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhəddində baş verib.

Malik İbrahimov deyir ki,  silahlı insident baş verən zaman qayıqda həmyerliləri ,44 yaşlı  Elşən Əhmədov, 50 yaşlı Şakir Novruzov, 41 yaşlı Emin Nuriyev də olub. Onlara bu olay barədə yaxln adamlarindan biri deyib. Qəhrəman dünyadan köç etsə də özündən sonra 3 övladı yadigar qalıb.

Qeyd edək ki, silahlı insiden zamanı 1 nəfər ölüb, iki nəfər yaralanıb. Yaralananlar xəstəxanaların birində müalicə olunur. Digərinin barəsində isə iki aylıq  həbs qəti imkan tədbiri seçilib.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun