Həkimlərin maaşları artırılsın – TƏKLİF

  • SpaceTV
  • 17 Mart 2020 13:17

“Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir”. 

SPACE TV-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. 

O bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər gücləndirilmiş rejimdə işləyir.

“Buna görə də, həkimlərin maaşları ya artırılmalı, ya da əməkhaqqına əlavələr edilməlidir. Digər tərəfdən isə, onlara mükafatlar da verilə bilər”,- deyə M.Quliyev əlavə edib. 

Paylaş

 Xəbəriniz olsun