Həkim olmaq istəyənlər sınağa çəkiləcək

  • SpaceTV
  • 6 May 2020 15:11

Nazirlər Kabinetinin dünyada yayılmış koronavirusla mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilib. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 04 may 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.Bunu nəzərə alaraq, sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilir.Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı tibb işçiləri, fərdi formada, gün ərzində 5 nəfərdən artıq olmayaraq sınaq imtahanlarına və hazırlıq təlimlərinə cəlb edilə bilərlər. Həmçinin, həmin ərazilərdəki tibb işçiləri, eyni qaydada, könüllü olaraq, sertifikasiya imtahanlarında iştirak edə bilərlər.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun