Həftədə 12 saatlıq iş rejimi

  • SpaceTV
  • 30 Avqust 2019 14:38

Öz kritik fikirləriylə məşhur olan milyarder Jack Ma gözlənilmədən bildirib ki, gələcəkdə insanlar yalnız həftədə 12 saat işləyəcəklər. Manın sözlərinə görə, süni intellekt işçilərin üzərinə düşən öhdəliklərin bir hissəsini götürəcək və beləliklə insanların əlavə işdən azad olunmasına kömək edəcək. “Alibaba”nın yaradıcısı elektrik enerjisini insanları bir sıra əziyyətlərdən azad edən bir texnologiya kimi misal göstərib: Ma əlavə edib ki, növbəti 10-20 ildə təhsildə islahatların aparılması lazımdır ki, gənclər həftədə 12 saat həftədə üç gün olmaqla, gündə dörd saat vaxt tələb edən iş tapa bilsinlər.”Mövcud təhsil sistemini dəyişdirməsək, problemimiz olacaq” , – deyə iş adamı bildirib. Onun sözlərinə görə, indiki təhsil sistemi sənaye çağına görə geridə qalır və müasirliyə tamamilə uyğun deyil. Məlumat üçün bildirək ki, 2019-cu ilin yazında Jack Ma həftənin altı günü və gündə 12 saatlıq iş mədəniyyətini müdafiə etmişdi. Onun sözlərinə görə, uğur qazanmağın yeganə yolu budur. “İnanıram ki, həftənin altı günü səhər doqquzdan axşam doqquzadək işləmək xeyirdir. Dünyamızda hər kəs uğur qazanmaq, yaxşı həyata və hörmətə sahib olmaq istəyir. Ancaq icazə verin soruşum ki, başqalarından daha çox vaxt və enerji sərf etməsəniz, nəyə nail olacaqsınız? ” , – deyə Ma “Alibaba” işçiləri ilə görüşdə söyləmişdi.Əlavə olaraq, iş adamı imperiyasını qurarkən çox işlədiyini və işçilərindən də eyni qayıdışı gözlədiyini vurğulamışdı. Ümumdünya Süni İntellekt Konfransı mərhələsində  Jack Ma “Tesla” və “Space X”-in rəhbəri Elon Musk ilə də görüşüb. Birlikdə süni intellektin mümkün riskləri və imkanlarını müzakirə etsələr də, ortaq bir fikrə gələ bilməyiblər. Çinli iş adamı süni intellektlə əlaqəli “nikbin” olduğunu söyləyib və bildirib ki, özü və Mask kimi ağıllı insanların qorxması üçün heç bir səbəb yoxdur. Muskın sözlərinə görə, bu texnologiya insanların düşündüyündən daha sürətli inkişaf edir. Jack Ma da öz növbəsində etiraf edib ki, süni intellekt o qədər inkişaf edib ki, şahmatda insanı məğlub edə bilər. Ancaq o, maşınla oynamaq istəmədiyini bildirib.. Kompüterlərdə proseslər var, insanların isə ürəkləri. Hikmət ürəkdən gəlir” , – deyə “Alibaba”nın başçısı xüsusi vurğulayıb.Onun sözlərinə görə, kompüterlər ağıllı ola bilər, amma insanlar yenə də sürətli olacaqlar. Bu fikirlə razılaşmayan Musk isə maşınların ağıl baxımından artıq insanları üstələdiyini söyləyib.

Paylaş

 Xəbəriniz olsun