Həbsxanaya narkotik gətirdi, tutuldu

  • SpaceTV
  • 22 Noyabr 2019 11:14

Həbsxanaya görüşə gələn Bakı sakini saxlanılıb.

SPACE TV xəbər verir ki, Ədliyyə Nazirliyinin əməkdaşları Bakı İstintaq Təcridxanasına sovqat gətirən şəxsi saxlayıblar.

Belə ki, görüşə gələn Bakı şəhər sakini Nail Heydərovun gətirdiyi sovqatda 1,279 qr heroin və 0,522 qr metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır

Paylaş

 Xəbəriniz olsun