Məhkəmə həbsdə olan icra başçısı barədə qərar verdi

  • Space TV
  • 10 Sentyabr 2020 16:04

Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Spacetv.az-ın xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib.

15:34

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından apelyasiya şikayətinə baxılması üçün məhkəməyə gətirlib.

Spacetv.az-ın xəbərinə görə, işə Bakı Apelyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılır.

Paylaş

 Xəbəriniz olsun