Həbib Nurməhəmmədov peşəkar futbolçu olmaq istəyir

  • Space TV
  • 25 Yanvar 2021 11:23

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov böyük futbolda debüt etməyə hazırlaşır.

Spacetv.az məlumatına görə, bu barədə dağıstanlı döyüşçü özünün şəxsi instaqram səhifəsində açıqlama verib.

Səhər qaçışından video yayımlayan Nurməhəmmədov hazırda azad agent kimi istənilən təklifi nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, 32 yaşlı idmançı karyerasını 2020-ci il oktyabrın 25-də ABŞ təmsilçisi Castin Getji ilə görüşdən sonra başa vurub. Onun irlandiyalı Konor Makqreqoru yenən amerikalı Dastin Porye ilə döyüşməkdən ötrü karyerasını bərpa edə biləcəyinə dair xəbərlər yayılıb. Nurməhəmmədov əvvəllər hər iki döyüşçü ilə üz-üzə gəlib və onları məğlubiyyətə uğradıb. Ümumilikdə o, 29 görüşün hamısında qələbə qazanaraq rekord göstəriciyə imza atıb.

UFC prezidenti Dana Uayt isə Həbib Nurməhəmmədovun öz çəkisində bütün rəqiblərindən üstün olmasını səbəb göstərərək, oktaqona qayıtmaq istəmədiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun