Gürcüstanın yeni seçilən parlamenti fəaliyyətə başlayır

  • Space TV
  • 8 Dekabr 2020 11:18

Gürcüstanın X çağırış parlamentinin ilk iclası dekabrın 11-də keçiriləcək.

Spacetv.az xəbər verir ki, bununla bağlı Gürcüstan prezidenti fərman imzalayıb.

Sənədə əsasən, yeni parlamentdə ilk toplantı dekabrın 11-i saat 12:00-a təyin olunub.

Qeyd edək ki, ilk iclası prezident Salome Zurabişvili açacaq. Toplantıda yeni parlament sədri seçiləcək. Parlament seçkilərində qalib gələn hakim Gürcü Arzusu Partiyasının spiker postuna namizədi Arçil Talakvadzedir. O, 2019-cu ilin iyunundan bu vəzifəni tutub.

Paylaş

 Xəbəriniz olsun