Gürcüstanın yeni hökuməti gələn həftə formalaşacaq

  • Space TV
  • 11 Dekabr 2020 15:56

Gürcüstanın yeni hökumətinin tərkibi və proqramı gələn həftə təqdim olunacaq.

Spacetv.az xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kobaxidze bildirib.

O, yaxın günlərdə baş nazir vəzifəsinə namizəd Giorgi Qaxariya ilə məsləhətləşmələrin aparılacağını qeyd edib: “Hesab edirəm ki, gələn həftə və ya bir həftədən sonra hökumətə etimadın göstərilməsi prosedurunu başa çatdıracağıq”.

Paylaş

 Xəbəriniz olsun