Gürcüstanın tanınmış azərbaycanlı ictimai-siyasi xadimi vəfat edib

  • Space TV
  • 14 Noyabr 2020 12:28

Gürcüstan parlamentinin keçmiş deputatı, “Qeyrət” xalq hərəkatının həmsədri Zümrüd Qurbanlı vəfat edib.

Spacetv.az “Report”a istinadən xəbər verir ki, tanınmış ictimai-siyasi xadim 57 yaşında qəfildən dünyasını dəyişib.

Qeyd edək ki, Z.Qurbanlı 1995-2004-cü illərdə deputat olub.

Allah rəhmət eləsin!

Paylaş

 Xəbəriniz olsun