Gürcüstanın səfiri Şəhidlər xiyabanını ziyarət edib

  • SpaceTV
  • 20 Yanvar 2021 12:58

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səfirliyin işçiləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Spacetv.az-a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, onlar Azərbaycanın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib və abidənin önünə gül dəstələri qoyublar.

“Bu gün – yanvarın 20-də Azərbaycan xalqının yaxın tarixinin ən faciəli tarixlərindən biri qeyd olundu. 9 aprel 1989-cu ildə Gürcüstanın paytaxtındakı faciə kimi 20 Yanvar 1990-cı ildə Bakıda keçmiş SSRİ-nin hərbi qüvvələri dinc əhaliyə atəş açaraq ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü tələb edən mülki əhalini qəddarcasına cəzalandırdı. Qanlı əməliyyatda 133 nəfər həlak olmuş, 744 mülki şəxs xəsarət almışdır”, – səfirliyin açıqlamasında qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun