Gürcüstanın müxalifət partiyası deputat mandatlarından imtina edib

  • Space TV
  • 2 Noyabr 2020 14:47

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası parlament seçkilərində əldə etdiyi mandatlardan imtina edib.

Spacetv.az xəbər verir ki, bu barədə partiyanın liderləri bildiriblər.

Müxalifət partiyası seçkiləri qeyri-legitim adlandıraraq II turda iştirak etməyəcəyini də açıqlayıb.

Qeyd edək ki, “Avropalı Gürcüstan” seçkilərdə 3,78% səs və 5 deputat mandatı əldə edib.

Paylaş

 Xəbəriniz olsun