Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verib

  • Space TV
  • 23 Noyabr 2020 16:08

Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili istefa verib.

Spacetv.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

O, 13 illik fəaliyyətdən sonra dövlət sektorundan ayrıldığını bildirib.

Qeyd edək ki, N.Mezvrişvili 2019-cu ilin sentyabrında hökumət administrasiyasının rəhbəri təyin olunub. Həmin vaxtadək o, daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

Paylaş

 Xəbəriniz olsun