Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi təyin olunub.
L.İzoria həmçinin Milli Təhlükəsizlik Şurasına da rəhbərlik edəcək.
Qeyd edək ki, DTX-nin sabiq rəisi Vaxtanq Qomelauri bu gün daxili işlər naziri təyin olunub.
L.İzoria 2016-cı ilin avqustundan müdafiə naziri vəzifəsini tutub.