Gürcüstanın baş naziri koronavirusdan sağalıb

  • Space TV
  • 11 Noyabr 2020 10:34

Gürcüstanın Baş naziri Giorgi Qaxariya koronavirusdan müalicə olunaraq sağalıb.

Spacetv.az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, G.Qaxariayanın PCR testi neqativ nəticələnib və o, adi iş rejiminə qayıdıb.

Xatırladaq ki, Baş nazirdə COVID-19 noyabrın 2-də aşkar olunmuşdu.

Paylaş

 Xəbəriniz olsun