Gürcüstanın azərbaycanlılar yaşayan kəndində qətl törədilib

  • Space TV
  • 7 Oktyabr 2020 17:38

Gürcüstanın Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində qətl hadisəsi törədilib.

Spacetv.az xəbər verir ki, 35 yaşlı kişi ov tüfəngi ilə ölümcül yaralanıb.

Qətlin qadın tərəfindən törədildiyi bildirilir. Polis həmin şəxsi axtarır.

Hadisənin səbəbi hələ bilinmir. Hazırda kənddə ekspert-kriminalistlər işləyir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

Paylaş

 Xəbəriniz olsun