Gürcüstandan sərhədlərin açılması ilə bağlı AÇIQLAMA

  • SpaceTV
  • 28 May 2020 10:52

“Gürcüstan sərhədlərini açandan sonra ilk mərhələdə ölkə və ikili vətəndaşlığı olan şəxsləri qəbul edəcək”.

SPACE TV Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib

Onun sözlərinə görə, sərhədlərin açılması şəraitində əlavə risklər yaranacaq: “Biz ölkəni həmişəlik bağlaya bilmərik. Yaxın günlərdə Tbilisi-Amsterdam və Tbilisi-Vyana istiqamətləri üzrə reyslər həyata keçiriləcək”.

Baş nazir qeyd edib ki, sərhədlər mərhələli şəkildə açılacaq: “Mərhələlər arasında müddət elə olacaq ki, inkubasiya dövrünə nəzarət mümkün olsun”.

Paylaş

 Xəbəriniz olsun